UNITED MEDICAL TOURISM EXPO

UNITED MEDICAL TOURISM EXPO

Müəllif: Admin

Tarix: 4 Apr.2024

22-23 may tarixlərində Bakıda, Hyatt Regency oteldə beynəlxalq  tibbi turizm "UNITED MEDICAL TOURISM EXPO"  sərgisi keçiriləcək 👩‍⚕

Bu sərgi tibb və sağlamlıq turizmi üzrə dünya liderlərini bir araya gətirən əsas sənaye tədbiridir. Sərgi “United Expo” şirkəti tərəfindən təşkil olunur və 5 ölkənin - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Hindistanın tibbi turizm assosiasiyaları tərəfindən dəstəklənir.

10 ölkədən tibb müəssisələrinin və sağlamlıq mərkəzlərinin nümayəndələri səhiyyə sahəsində ən son nailiyyətləri, xəstəliklərin qarşısının alınmasını, effektiv müalicə üsullarını, həmçinin tibb sektorunda mövcud olan ən son texnologiyaları və xidmətləri təqdim etmək üçün burada toplaşacaqlar! 👩🏻‍⚕👨‍⚕  

Sərgidə:

* Klinikalar və tibb mərkəzləri

* Reabilitasiya mərkəzləri

* Estetik tibb mərkəzləri

* Sanatoriya-kurort müəssisələri

* Sağlamlıq pansionatları

* Spa & Wellness otelləri

* Tibbi Turizm Agentlikləri

* Ixtisas assosiasiyaları

* Marketinq və IT şirkətləri

yer alacaq.

 

 

Sərgidə sizi gözləyir:

✅ Dünyanın hər yerindən 30+ iştirakçı;

✅ Zəngin işgüzar proqram.

 

 

⚡Tibbi turizm sahəsində əsas tədbirin bir hissəsi olmaq istəyirsinizsə, sərgiyə qatılın:

📍Məkan: Bakı, "Hyatt Regency Hotel", İzmir küç.6

🎫 Ödənişsiz bilet əldə etmək üçün: https://umtexpo.com/az/?utm_source=pr&utm_medium=web&utm_campaign=medportal